Rusiyanın Tümen şəhərindəki Antipinski Neft Emalı Zavodunda səhər saatlarında naməlum səbəbdən yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın siqnalı ilə neft emalı zavodunda olan təxminən 200 nəfər səlahiyyətlilər tərəfindən təxliyə edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin 86 əməkdaşı və 30-a yaxın yanğınsöndürən NEZ-ə göndərilib. Bundan əlavə, yanğın zamanı obyektə çoxlu sayda təcili yardım briqadası göndərilib. TÜİK-də saat 07:42-də başlayan yanğın qrupların 2 saatlıq səyi nəticəsində söndürülüb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB