Fransada son sutkada koronavirusa 67 461 yeni yoluxma və 270 ölüm faktı qeydə alınıb. SİA Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayı 19 606-ya çatıb. Reanimasiya şöbələrində 3 654 ağır koronavirus xəstəsi intensiv müalicə alır. Son 24 saatda xəstəxanalara 2160, reanimasiya şöbələrinə isə 352 yeni xəstə daxil olub.
Ölkədə koronavirus qurbanlarının ümumi sayı 124 212-yə çatıb. Pandemiya başlayandan xəstəxanalarda 463 863 koronavirus xəstəsi sağalıb. Son sutkada 530,113 peyvənd vurulub ki, onlardan 473,216-sı “buster” dozadır. Ölkədə 24,8 milyon insana peyvəndin “buster” dozası vurulub.
Yanvarın 5-də sanitar məsələlər üzrə Elmi Şura yenidən toplaşacaq və yeni qaydalar müəyyən ediləcək. Ölkədə yenidən karantin rejiminin tətbiqi istisna edilmir. Müəssisələrdə həftənin ən azı 3-4 günü distant işləməyə üstünlük verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB