Əsgər həyatını itirib ATIŞMA ZAMANI

Əsgər həyatını itirib ATIŞMA ZAMANI

Həma və Hələb əyalətlərinin atəşə tutulması nəticəsində bir suriyalı hərbçi həlak olub, ikisi isə yaralanıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəhbərinin müavini kontr-admiral Oleq Juravlev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, son sutka ərzində İdlib deeskalasiya zonasında Rusiya Federasiyasında qadağan olunmuş “Cebhat ən-Nusra*” terror qruplaşmasının mövqelərindən beş hücum qeydə alını.

“Hama əyalətində Flayfel bölgəsindən terrorçular tərəfindən hökumət qüvvələrinin Kavkaba qəsəbəsi ərazisindəki mövqelərinə snayper atəşi nəticəsində 1 Suriya əsgəri həlak olub, eyni zamanda iki suriyalı hərbçi yaralanıb”, deyə Rusiyanın Suriyadakı Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəhbərinin müavini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə