Silah sahiblərinə lisenziya barədə XƏBƏRDARLIQ

Silah sahiblərinə lisenziya barədə XƏBƏRDARLIQ

ABŞ-da rekord sayda kütləvi atışma halları fonunda Ağ Ev administrasiyasının onları azaltmaq üçün addımları açıqlanıb və bildirilib ki, silahın lisenziyası yalnız onu saxlamaq üçün olanlara veriləcək. SİA xəbər vrir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Ədliyyə Departamenti silahların təhlükəsiz saxlanmasının yaradılmasına kömək edəcək yeni qayda elan edib", dyə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Mesajda deyildiyi kimi, yeni qayda silahların yalnız təhlükəsiz şəkildə saxlanıla biləcəyini təsdiq edən şəxsə satıla bilməsi tələbini təqdim edir.

"Bu elan nazirliyin silahların yanlış əllərə keçmə riskini azaltmaq səylərinə əsaslanır", deyə Ağ Evin mətbuat xidməti ədliyyə naziri və baş prokuror Merrik Qarlandın sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, idarə "silahdan ədalətsiz istifadə nəticəsində ölən və ya yaralananların sayını azaltmaq üçün müvafiq addımları" davam etdirəcək.

Ədliyyə Nazirliyi xatırladır ki, tələblərə əsasən, silah alarkən yalan məlumatın verilməsi, aşkar edilmiş oğurlanmış və ya itmiş silah barədə məlumatsızlıq, satıcı tərəfindən zəruri sənədlərin və cinayətlər haqqında qeydlərin yoxlanılmasına diqqətsizlik edilməsi hüquqpozma hesab olunur. Silahın verilməsi, satışı və ya saxlanması qadağan edilən şəxsin əlinə, o cümlədən nömrəsinin qeyri-rezidentə verilməsi də qanunsuzluqdur.

"Dəyişiklik edilmiş qaydalar silah üçün qorunan saxlama yerinin olmasının federal lisenziya ilə təsdiqlənməsini tələb edir. Lisenziyanın pozulmasına görə lisenziya ləğv edilə bilər", deyə Ədliyyə Nazirliyinin izahatında qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə