Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətinin meriyasının nümayəndələri nümayişçiləri hüquqi müstəvidə problemləri həll etməyə çağırıblar. SİA xəbər verir ki, bu barədə vilayətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Manqistau vilayətinin Janaozen şəhərində sakinlərin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsi səbəbi ilə respublika prezidenti Kasım-Jomart Tokayev hökumətə vəziyyətə operativ şəkildə baxmağı tapşırıb. Sosial şəbəkələrdə şəhər sakinlərinin Janaozenin mərkəzinə toplaşaraq qazın qiymətinin 120 (0,27 dollar) təngədən 60 (0,13 dollar) təngəyə endirilməsini tələb etdiyi görüntülər yayılıb.
“Etirazçılarla görüş zamanı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri vətəndaşları konstruktiv dialoq yolu ilə məsələləri qanuni yolla həll etməyə çağırıblar. Onlar ictimai asayişin qorunmasının zəruriliyini izah ediblər, çünki onun pozulması insanların həyatı üçün təhlükə yarada bilər. Qeyd olunub ki, çağırış əhalinin sağlamlığının qorunmasına xidmət edir”, deyə mətbuat xidmətindən bildirilib.
Nazirlik bildirib ki, Aktau şəhərində Janaozenlə yanaşı, “avtomobil sahiblərinin maye qazın bahalaşması ilə razılaşmadığı da qeydə alınıb”. Onlar aksiya iştirakçıları arasında izahat aparıblar, qeyd ediib ki, “qazın qiymətini bazar, yəni tələb və təklif tənzimləyir”.
Xatırladaq ki, bu arada, regional polis idarəsindən bildirilib ki, Aktau və Janaozen şəhərlərində keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları heç kimi həbs etməyib, onlar yalnız ictimai asayişi qoruyublar və nümayişçilərə onların hərəkətlərinin qanunsuz olduğunu izah ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB