Şəxsiyyəti müəyyən edilməyən bir nəfər Yeni il günü quru yolu ilə Şimali Koreyaya keçməyi bacarıb.
SIA-nın xəbərinə görə, məlumatı Cənubi Koreya ordusunun Qərargah Rəisləri Komitəsi yayıb.
Məlumatda göstərilir ki, naməlum şəxs gecə saatlarında demilitarizasiya zonasından keçərək KXDR ərazisinə daxil olmağı bacarıb. Hadisənin üstü ertəsi gün kameralara baxış keçirilərək açılıb. Sözügedən şəxsin demarkasiya zonasını keçdiyi barədə Şimali Koreyaya məlumat verilib. Lakin qarşı tərəfin ordusunda hər hansı hərəkətlilik müşahidə edilməyib.
Qeyd edək ki, 2 Koreyanı ayıran sərhəd tikanlı məftillərlə çəpərlənib və əraziyə mina döşənib. Bu sərhədi 1953-cü ildən indiyədək çox az sayda adam keçməyə nail olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB