Türkiyədə qanunsuz miqrantlar xilas edilib

Türkiyədə qanunsuz miqrantlar xilas edilib

Türkiyənin Sahil Mühafizəsi Muğla əyalətinin cənub-qərbində, Marmaris sahillərində 34 nəfər qanunsuz miqrantı xilas edib.

SİA xəbər verir ki, miqrantlar Egey dənizini qayıqlarla keçməyə cəhd ediblər. Lakin Yunanıstan sahil mühafizəsi onları Türkiyənin ərazi sularına göndərib.

Sahil Mühafizəsinin əməkdaşları miqrantları quruya çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə