ABŞ demokratiyası amerikalıları qane etmir?

ABŞ demokratiyası amerikalıları qane etmir?
ABŞ əhalisinin təxminən yarısı (46 faiz) ölkədə demokratiyanın vəziyyətindən məmnun deyil.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq sorğunun cavabında amerikalıların xeyli hissəsi demokratiyanın vəziyyətindən ya "az" razı olduqlarını ya da mövcud vəziyyətdən "ümumiyyətlə" razı olmadıqlarını dilə gətiriblər.

Washington Post qəzeti və və Merilend Universitetinin birgə sorğusuna əsasən, respondentlərin yalnız 54 faizi ABŞ-dakı demokratiya ilə fəxr etdiyini bildirib: 11 faizi “çox qürur duyuram”, digər 43%-i “qismən fəxr ediəm” cavabını veriblər.

Qeyd olunur ki, 2017-ci ildə keçirilmiş əvvəlki sorğuya görə, respondentlərin 63 faizi Amerika demokratiyası ilə fəxr edirdi, ABŞ vətəndaşlarının 36 faizi isə bunun əksini düşünürdülər.

Sorğu 17-19 dekabr 2021-ci il tarixlərində onlayn və telefon vasitəsilə keçirilib.

Tədqiqat 1101 böyük yaşlı amerikalının iştirakı ilə, 4 faiz bəndi xəta ehtimalı ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB