Neapolun Camorra mafiyasının "ilk qadın patronu" kimi tanınan Assunta Mareska 86 yaşında vəfat edib. Qubernatorluq Mareskaya ulduz kimi baxılmasının qarşısını almaq üçün onun ictimai dəfnini qadağan efib. SİA xarici mətbuata istinadən bildirir ki, Neapol yaxınlığındakı Castellammare Di Stabia qəsəbəsində anadan olan Assunta Mareska gəncliyində yerli gözəllik müsabiqəsinin qalibi olub və ona “kukla” mənasını verən “pupetta” ləqəbi verilib.
Pupetta Maresca 20 yaşında olarkən Camorra mafiyasının rəhbəri Pasquale Simonetti ilə evləndi. Simonetti toydan təxminən 3 ay sonra mafiya hücumunda ölüb. Bir neçə ay sonra Pupetta Mareska ərinin qətlinə görə məsuliyyət daşıdığını əsas gətirərək onların toy şahidi Antonio Espositonu gündüz kafedə güllələyib öldürdü. Espositonun qətlində günahkar bilinən Mareska ilk övladını həbsxanada dünyaya gətirib və 10 il sonra azadlığa çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB