Hollandiya yenidən koronavirus məhdudiyyətlərinə və karantinin uzadılmasına qarşı etiraz dalğası ilə üzləşib. SİA xərici mətbuata istinadən xəbər verir ki, bu gün yüzlərlə insan Amsterdam küçələrinə çıxıb.
Təhlükəsizlik əməkdaşları etirazçıları dəyənəklərlə dağıdıblar. Sosial şəbəkələrdə bir neçə polis əməkdaşının aksiya iştirakçısını dəyənəklə döydüyü görüntülər yayılıb.
Digər görüntülərdə polis itinin etirazçılardan birinin üzərinə necə buraxılması göstərilir. Heyvan kişinin əlindən tutub yerə yıxıb. Etirazçını sürüyərək uzaqlaşdırmaq istəyənlər dəyənək zərbələri ilə oradan uzaqlaşdırılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB