Avropada hadisələrin sayında kritik artım davam edir

Avropada hadisələrin sayında kritik artım davam edir

"Covid-19"-un “Omikron” variantının ortaya çıxmasından sonra yoluxma sayında kritik artım davam edir. Xüsusilə Fransa və İngiltərədə yoluxanların sayında artım diqqət çəkib. SİA xarici mətbuata istinadən bildirir ki, Fransada son 24 saatda aşkarlanan yoluxma sayı 232 min 200 nəfər, ölənlərin sayı isə 189 nəfər olaraq açıqlanıb.

Bu, epidemiya başlayandan bəri ölkədə gündəlik aşkar edilən ən yüksək hal kimi qeydə alınıb. Digər tərəfdən İngiltərədə 189 min 846 hadisə aşkar edilərkən ölüm hallarında artım olub. Ölkədə 203 nəfər ölüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə