Pakistanda bombalı hücum, ölənlər var

Pakistanda bombalı hücum, ölənlər var

Pakistanın Bəlucistan əyalətində törədilən bombalı hücumda İlkin məlumata görə, 4 nəfər ölüb.\

SİA-nın yerli mətbuata istinad etdiyi xəbərə görə hadisə Ketta şəhərində Elm Universitetinin yaxınlığında törədilib. İlkin məlumata görə, bombalı hücum nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bəlucistanın Baş naziri Əbdül Quddus Bizenco sosial media hesabından verdiyi açıqlamada hücumu terror aktı kimi qiymətləndirib. Bombanın uzaqdan idarəetmə aparat vasitəsiylə partladıldıağını deyən Baş nazir hadisə ilə dinc əhalinin hədəfə götürüldüyünə digqqət çəkib.

Hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə