İraqda qanlı qarşıdurma: 20 ölü

İraqda qanlı qarşıdurma: 20 ölü

İraqda təhlükəsizlik qüvvələri ilə terror ittihamı ilə axtarışda olan şəxslər arasında qarşıdurma olub.
SİA xəbər verir ki, qarşıdurma nəticəsində 20 nəfər ölüb.
İraq ordusunun Babil Əməliyyat Komandanlığından verilən açıqlamaya görə, Babildə bir evdə terror ittihamı ilə axtarışda olan 2 nəfərə qarşı əməliyyat zamanı qarşıdurma yaranıb.

Həmin vaxt evdə olan şəxslər təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Təhlükəsizlik qüvvələri cavab verib, qarşıdurmada eyni ailədən 20 nəfər həlak olub.

Açıqlamada təhlükəsizlik qüvvələrindən ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə