ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında iki ölkə, xüsusən də Ukrayna münasibətlərində gərginliyə səbəb olan məsələlər müzakirə edilib.
SİA xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki 50 dəqiqəlik telefon danışığı ilə bağlı yazılı açıqlama verib.
Bəyanata görə, Bayden Putini Ukrayna ilə bağlı gərginliyi azaltmağa çağırıb.
Rusiyanın Ukraynaya qarşı mümkün hərbi addımı mövzusunda “Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya Ukraynaya daha çox müdaxilə edərsə, ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcəklər” ifadəsinin yer aldığı bəyanatda Baydenin yanvarın 10-da başlayacaq ABŞ-Rusiya təhlükəsizlik danışıqlarına və yenə NATO ilə Rusiya arasında keçiriləcək dialoq prosesinə əhəmiyyət verdiyi vurğulanıb.
Putin və Bayden arasında baş tutan telefon danışığından sonra Kremlindən də açıqlama verilib.
Açıqlamada görüşün əsas mövzusunun iki liderin dekabrın 7-də onlayn təmaslarında müzakirə etdikləri Rusiya üçün təhlükəsizlik zəmanətləri olduğu qeyd edilib və Putinin NATO və ABŞ-a çatdırılan bu layihədəki “prinsipial yanaşmalara dair ətraflı izahatlarını” verdiyi vurğulanıb.
“Cozef Bayden Rusiya və ABŞ-ın Avropada və bütövlükdə dünyada sabitliyin təmin edilməsində xüsusi məsuliyyətini vurğuladı, ayrıca Vaşinqtonun Ukrayna torpaqlarına hücum silahları yerləşdirmək niyyətində olmadığını vurğuladı” ifadələri də açıqlamada yer alıb.
Açıqlamada Baydenin Ukraynadakı gərginlik artacağı təqdirdə Rusiyaya qarşı “genişmiqyaslı” sanksiyalar tətbiq etmək variantına Rusiya tərəfinin “bunun çox ciddi səhv olacağı, hətta Rusiya-Amerika münasibətlərinin tamamilə dayanma təhdidilə üzləşəcəyi” cavabını verdiyi qeyd edilib.
Liderlərin yeni il arzularını bir-birlərinə çatdırdıqları bildirilən açıqlamada “Ümumilikdə görüş səmimi və işgüzar xarakter daşıdı, təbii ki, hər iki tərəf üçün faydalı oldu. Ən yüksək səviyyədə müntəzəm təmasların davam etdirilməsi qərara alındı” deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



