"Omikron" hallarına qarşı mübarizə çərçivəsində İngiltərədə müvəqqəti xəstəxanalar yaradılacaq. Artan hallar səbəbi ilə İngiltərə Milli Səhiyyə Xidməti (NHS) səhiyyə xidmətlərinin "müharibə vəziyyətinə" çevrildiyini bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, xəstəxanaya yerləşdirmə zamanı tətbiq edilən müalicələrlə epidemiyanın qarşısını almaq mümkün olduğu bildirilib. Bu həftədən etibarən paytaxt London da daxil olmaqla Bristol, Lids və digər 8 şəhərdəki xəstəxanalara əlavə 100 çarpayı veriləcəyi bildirilib.
"Omikron" mutasiyası ilə bağlı halların sayının artması səbəbindən dünən İngiltərədə 189 mindən çox hadisə aşkarlanıb. Böyük Britaniyanın 148,000-dən çox Covid-19 ilə əlaqəli ölümü ilə Avropanın ən pis vəziyyətdə olan ölkələrdən biri olduğu bilinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB