Cari ilin 11 ayında Gürcüstan iqtisadiyyatı 10,7 faiz artıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-noyabr ayları ərzində ölkədə ümumi daxili məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb. Noyabr ayında isə bu artım 12,0 faiz təşkil edib.
Artım əsasən istehsal, nəqliyyat, anbar təsərrüfatı, incəsənət, istirahət və əyləncə, ticarət, restoran-otelçilik, maliyyə və sığorta sahələrində qeydə alınıb.
Tikinti sektorunda isə azalma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB