Filippində son həftələrdə baş verən və ilin ən böyük qasırğası olaraq qeydə alınan Rai tayfununda ölənlərin sayı artmaqda davam edir. Filippindən verilən son açıqlamada ölənlərin sayının 405-ə çatdığı açıqlanıb. SİA xarici mətbuata istinadən bildirir ki, qeydə alınan tələfatlar daha çox suda boğulma, kəsilmiş ağaclar və sürüşmə nəticəsində baş verib. 82 nəfərin itkin düşdüyü, 1147 nəfərin isə yaralandığı açıqlanıb. Həmçinin 530 mindən çox evin zədələndiyi, onların üçdə birinin tamamilə yararsız hala düşdüyü qeyd edilib.
İnfrastruktura və kənd təsərrüfatına dəymiş ziyan 23,4 milyard peso (459 milyon dollar) olaraq qiymətləndirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB