İstanbulda yanğın hadisəsi baş verib

İstanbulda yanğın hadisəsi baş verib

Türkiyənin İstanbul şəhərinin Bağcılar ərazisində 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yanğın baş verib. SİA xarici mətbuata istinadən bildirir ki, yanğın baş verən mənzildə olan ana üç uşağı ilə birlikdə tez bir zamanda binanı tərk edib. Aşağı mərtəbədə yaşayan qayınanasının halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın nəticəsində binaya ziyan dəyib. Yanğın ətrafdakı tikililərdən və küçədən keçən sürücülər tərəfindən kameralara alınıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə