Satılmayan şam ağacları zoopark sakinlərinə verildi

Satılmayan şam ağacları zoopark sakinlərinə verildi

Almaniyanın paytaxtı Berlində zoopark rəsmiləri hər il ənənə olaraq heyvanlara satılmamış şam ağaclarını verirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu il satıla bilməyən ağaclar zooparkın sakinlərinə təklif edilib. Berlin zooparkının rəsmiləri açıqlama verərək satıla bilməyən şam ağaclarının zooparkın sakinlərinə verildiyini bildiriblər. Səlahiyyətlilər heyvanların bu ağaclardan diş çubuğu və kürək qaşıma fırçası kimi istifadə etdiklərini, gəmiricilərin, xüsusilə, şam ağaclarını sevdiyini bildiriblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə