Səddam Hüseynin müdafiəsi üçün pul ayıran prezidentlər

Səddam Hüseynin müdafiəsi üçün pul ayıran prezidentlər

Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafi və Yəmənin sabiq dövlət başçısı Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıblar.

SİA xəbər verir ki, bu barədə Səddam Hüseynin vəkili Büşra Xəlil “RİA Novosti”yə açıqlamasında bildirib.

“Vəkillər komitəsinin xərclərinə gəlincə, prezident Qəddafi bu məbləği Əmmanda komitənin ofisində işlədiyi üçün Raqedə (Səddam Hüseynin qızı-red) və prezident Əli Abdulla Saleh də həmçinin bu məbləği bağışladı”, – Xəlil bildirib.

İraqın öldürülən keçmiş liderinin qızı Raqed Hüseyn ABŞ-ın İraqda hərbi kampaniyasının başlamasından sonra İordaniyaya köçüb və burada Hüseyni məhkəmədə təmsil edən vəkillər komitəsinin koordinatoru olub.

“Əmmandan Bağdada biletləri xanım Raqed təmin edib, digərləri də öz ölkələrindən onun hesabına uçublar, otellər isə komitənin büdcəsindən ödənilib”, vəkil əlavə edib.

Qeyd edək ki, bu gün – dekabrın 30-u ABŞ-ın İraqa müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Səddam Hüseyni edam etməsinin 15-ci ildönümü tamam olur.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa hərbi müdaxiləsi 2003-cü ildə baş verib. Prezident Səddam Hüseyn Beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə devrilib və edam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə