Telefon söhbətinin dəqiq vaxtı məlum olub

Telefon söhbətinin dəqiq vaxtı məlum olub

ABŞ və Rusiya liderlərinin telefon söhbəti bu gün Moskva vaxtı ilə saat 23.30-a planlaşdırılıb.

SİA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, dövlət başçıları bir sıra vacib məsələləri müzakirə edəcəklər. Görüş mətbuata qapalı şəraitdə keçiriləcək.

***

21.47

Rusiya Prezidenti Vladimir Putin sabah axşam saatlarında amerikalı həmkarı Co Baydenlə telefona danışacaq.

SİA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov TASS agentliyinə bildirib.

***

21.20

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.

SİA-nın xəbərinə görə bu barədə CNN telekanalı Ağ Evin nümayəndəsi Emili Horna istinadla məlumat yayıb. Məlumatda Baydenin rusiyalı həmkarı ilə sabah telefonla danışacağı bildirilir.

Emili Horn deyib: “Bayden hesab edir ki, Rusiya ilə münasibətdə heç nə liderlər arasında birbaşa dialoqu əvəz edə bilməz”.

Ağ Evdən daha sonra bildiriblər ki, telefon danışığı zamanı bir çox məsələ, o cümlədən diplomatik məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə