SİA xəbər verir ki, bu sözləri İraqın sabiq prezidenti Səddam Hüseynin vəkili Büşra Xəlil “RİA Novosti”yə müsahibəsində bildirib.
“Sonuncu dəfə bir amerikalı mənə yaxınlaşıb geri qayıtmaq istəyib-istəmədiyimi soruşdu. Biz danışıqları davam etdirdik və sonda o, yenidən məhkəməyə qayıtmaq istəyib-istəmədiyimi soruşdu, mən də “hə” cavabını verdim. Onda o dedi ki, mən də dostlarım kimi susmalıyam, – Bu onu deməyə əsas verir ki, onlar məhkəmənin quraşdırma olaraq qalması üçün hər şeyi ediblər”, – Xəlil bildirib.
Səddam Hüseynin vəkili deyib ki, ABŞ nümayəndələri İraqın keçmiş rəhbərinin müdafiə qrupunun vəkillərinə təzyiq göstərib və xüsusi tribunalın məhkəmə prosesini idarə ediblər.
Onun sözlərinə görə, amerikalılar məhkəmənin özünə təzyiq göstərib: “Onlar hər şeyə cavabdeh olublar və prosesə nəzarət ediblər”. Müdafiə komandası başa düşüb ki, prosesə amerikalı hakimlər nəzarət edir və hər kəs sual üçün təhlükəsizlik işçisi vasitəsilə hakimə mesaj göndərir.
İraqın keçmiş liderinin digər vəkili Məhəmməd Munib də “RİA Novosti”yə müsahibəsində ABŞ nümayəndələrinin hakimlərin işinə və Hüseynin bütün mühakiməsinə, o cümlədən müdafiə vəkillərinə öz şərtlərinin qoyulmasına nəzarət etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB