Zəlzələ qurbanları üçün tikdirilən mənzillər təhvil verildi

Türkiyə tərəfindən Albaniyanın Laç şəhərində zəlzələ qurbanları üçün tikilən evlər ailələrə təhvil verilib.
Zəlzələ qurbanları üçün tikdirilən mənzillər təhvil verildi

Türkiyənin Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən inşa edilən iqamətgahların təhvil verilməsi mərasimində Albaniyanın Baş naziri Edi Rama, Türkiyənin Tirandakı səfiri Murat Əhmet Yörük, Albaniyanın dövlət rəsmiləri, qonaqlar və ev sahibləri iştirak ediblər. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Albaniyanın Baş naziri Edi Rama mərasimdə etdiyi çıxışında layihənin zəlzələdən zərər çəkmiş bütün alban ailələr üçün ən mənalı yenidənqurma nümunəsi olduğuna diqqət çəkib və Albaniya hökumətinin maliyyəsi ilə digər bölgələrdə də zəlzələ qurbanları üçün evlərin tikildiyini bildirib. Laçdakı mənzil layihəsinin isə prezident Rəcəb Tayyib Ərdoğanın birbaşa marağı ilə həyata keçirildiyini vurğulayıb.

Xatırladaq ki, 2019-cu il noyabrın 26-da Albaniyada baş verən 6,3 bal gücündəki zəlzələ nəticəsində 51 nəfər həyatını itirdi və 900-dən çox insan xəsarət aldı. Təxminən 17 min insan evini tərk etmək məcburiyyətində qaldı. Cəmdə 202 min 291 nəfər zərər çəkdi.

Bütün xəbərlər Facebook səhifəmizdə