Sudanda qızıl mədən çöküb,.. ölənlərin sayı 38-ə çatıb

Sudanda qızıl mədən çöküb,.. ölənlərin sayı 38-ə çatıb

Sudanın Qərbi Kordofan əyalətinin Əl-Nuhud ərazisində qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 38-ə çatıb.

SİA xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu gün daha 7 işçinin cəsədi dağıntılar altından çıxarılıb.

Bir neçə nəfərin taleyi naməlum olaraq qalır. Axtarış işləri davam etdirilir.

Xatırladaq ki, hadisə dekabrın 26-da Umm-Darsaya özəl qızıl mədənində quyuların işlənməsinin kustar üsullarla həyata keçirildiyi zaman baş verib. Qiymətli metalın hasil edildiyi 10 quyu bir anda çöküb.

Bütün xəbərlər Facebook səhifəmizdə