İran hakimiyyəti Yəmən xalqını dəstəkləməyə davam edəcək və bu ölkədəki böhranın tezliklə həllini tapmağa çalışacaq. SİA xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə bazar ertəsi günü Xarici İşlər Nazirliyinin həftəlik mətbuat konfransında bəyan edib.
"Bizim məsləhətimiz, həmişə olduğu kimi, Yəməndəki böhrana son qoymağın yeganə yolu kimi siyasi həll yolu axtarmaqdır. Biz Yəmənin müdafiəsiz xalqını dəstəkləyirik ki, bu ölkənin məzlum əhalisinin səsi eşidilsin. Yəmən böhranının mümkün qədər tez həll edilməsi üçün biz həll yolu tapmağa çalışacağıq”, deyə Xətibzadə bildirib.
Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqust ayından bəri hökumət qüvvələri ilə husitlərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. 2015-ci ilin mart ayından Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası da husilərin mövqelərini havadan bombalayan beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin tərəfində vuruşur. Buna cavab olaraq krallığın sərhəd ərazilərini daim bombalayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB