2021-ci ildə təbii hadisələrin vurduğu ziyan - HESABAT

2021-ci ildə təbii hadisələrin vurduğu ziyan - HESABAT

"Christian Aid" xeyriyyə təşkilatı 2021-ci ildə iqlim dəyişikliyi ilə bağlı fəlakətlər haqqında hesabatını açıqlayıb. Hesabata görə, hər biri 1,5 milyard dollardan çox ziyana səbəb olan 10 fəlakət bütün dünyada milyonlarla insanı bədbəxtliyə sürükləyib. SİA xarici mətbuata istinadən bildirir ki, bir çox yoxsul ərazilərdə daşqınlar və fırtınalar insanların kütləvi şəkildə köçməsinə və qurbanlarına səbəb olub.

Qasırğanın Luiziana ştatından keçən marşrutunda yaşayan minlərlə insan təxliyə edilib. Fırtına bir nüçə ştatda güclü yağışla müşaiyət olunub. Nyu-Yorkda ilk dəfə fövqəladə daşqın xəbərdarlığı edilib. Təxminən 95 nəfər ölüb. İqtisadi itkilərin 65 milyard dollar civarında olduğu təxmin edilir. Maliyyə baxımından ikinci ən böyük hadisə iyul ayında Almaniya, Fransa və digər Avropa ölkələrində baş vermiş daşqınlar olub. Sürətlə daşan dağ çayları məcrasından çıxıb, sədləri aşıb, 240 nəfərin ölümünə səbəb olub. Hesabata görə, ümumi itki 43 milyard dollar civarında olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə