Fabrikdə partlayış baş verib

Hindistanın Bihar əyalətində əriştə fabrikində partlayış baş verib. SİA xəbər verir ki, bu barədə NDTV kanalı yerli hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, daha 6-sı yaralanıb.

Qeyd edilir ki, Müzəffərpur rayonunda yerləşən müəssisədə suqızdırıcı qazan partlayıb.

Hadisə yerində xilasedicilər və polis işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə