Taliban avtomobillərdə musiqi səsləndirməyi və hicabsız qadınları daşımağı qadağan edib. SİA xəbər verir ki, bu barədə “Kabul News” məlumat yayıb.
“İslam Orientasiyası Nazirliyi “Kabil News”a təsdiqləyib ki, sürücülərə musiqi səsləndirmək və hicabsız qadınları maşına mindirməmək barədə yazılı tövsiyə verilib”, deyə kanal Twitter-də bildirib.
Bir qədər əvvəl otellərdən birinin sahibi bildirmişdi ki, Taliban Əfqanıstanda toylarda canlı musiqini qadağan edib, indi kişilər və qadınlar müxtəlif salonlarda bayram keçirməlidirlər.
Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini elan edib. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə ediliblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. Sentyabrın əvvəlində Talibanın ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB