Yazıçı dünyasını dəyişdi 85 YAŞINDA VƏFAT ETDİ

Yazıçı dünyasını dəyişdi 85 YAŞINDA VƏFAT ETDİ

Yazıçı Albert Lixanov 85 yaşında dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə İctimai Palata məlumat yayıb.

"Albert Anatolyeviç görkəmli yazıçı və ictimai xadim olub, Rusiya Uşaq Fonduna, Uşaqları Müdafiə Fonduna rəhbərlik edib. Onun əsərləri bir çox ölkələrdə oxunur və sevilir. Onun kitabları uşaqlara və bir çox nəsillərə xeyirxah işlər görmək əməllərini aşılayır", deyə İctimai Palatanın məlumatında bildirilir.

Lixanovun ölüm səbəbi hələ açıqlanmayıb.

Xatırladaq ki, Albert Lixanov rus yazıçısı, ictimai xadim, Rusiyada ilk xeyriyyə fondunun yaradıcısıdır. Rusiya Yazıçılar Birliyinin həmsədri, "Rusiya Uşaq Fondu" Ümumrusiya ictimai xeyriyyə fondunun sədri, "Uşaq Fondlarının Beynəlxalq Assosiasiyası" İctimai Fondlar İttifaqının prezidenti, "Uşaqların Müdafiəsi Fondunun" sədri olub. Rusiya Təhsil Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki kimi tanınıb. Rusiya Prezidenti Mükafatı və Rusiya Hökumətinin Mükafatı laureatı olub. Əsərləri arasında - "Ailə şəraiti" trilogiyası, "Mənim generalım" romanı, "Qolqota", "Xoş niyyət", "Kapital ölçüsü" və sirləri oxuculara yaxşı tanışdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə