“Cütlüyün 6 yaşlı qızı “təndir” qətlində şahid qismində dinləniləcək”
Hadisə ötən il oktyabrın 23-də Senarkent rayonunun Akkeçili kəndində baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 3 uşaq anası Emel Gür ilə boşandıqdan sonra dini nikahla birlikdə yaşamağa davam etdiyi Ramazan Yılmaz arasında mübahisə düşüb. Yılmazın sərxoş halda evə gəlişindən sonra başlayan müzakirədə Gür Yılmazı ov tüfəngi ilə vuraraq öldürüb, daha sonra isə cəsədini təndirdə yandırıb. Cütlüyün Antalyada yaşayan böyük oğlu kəndə gələndə atasından xəbər tutmayınca qətlin üstü açılıb. Xəbər üzərinə kəndə gələn jandarma və sağlamlıq qrupları evin təndirində Ramazan Yılmazın yanmış cəsədini aşkar ediblər. Nəzarətə alınan Emel Gür ifadəsindən sonra aparıldığı məhkəmə tərəfindən həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB