İranın cənub-qərbindəki Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə baş verən yol qəzası nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, İranda səhər saatlarında Xuzistan əyalətinin inzibati mərkəzi olan Əhvaz və Hürrəmşəhir arasındakı yolda zəncirvari yol qəzası baş verib. Avtobus, yük və minik avtomobilləri də daxil olmaqla 5 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 10 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB