Tehran İranın borcunu ödədiyini bildirib RUSİYAYA

Tehran İranın borcunu ödədiyini bildirib RUSİYAYA

Tehran Buşəhrdə AES-in birinci enerji blokunun tikintisinə görə Moskvaya olan borcunu ödəyib. SİA xəbər verir ki, bu sözləri İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami RİA Novosti-yə müsahibəsində söyləyib.

"Xeyr, indi yox. İran çoxdan Rusiyaya AES ilə bağlı bütün borclarını ödəyib", deyə o, müvafiq suala cavab verərkən bildirib.

Avqust ayında Rusiya səfiri Levan Caqaryan bildirmişdi ki, Moskva və Tehran bu məsələni həll etməyiblər, çünki ABŞ-ın sanksiyaları səbəbindən Yaponiya və Cənubi Koreyada İran vəsaitləri banklarda bloklanıb.

Xatırladaq ki, Buşehr Atom Elektrik Stansiyasının tikintisi iki ölkənin, Rusiya və İranın ən böyük birgə layihəsi hesab olunur. Rusiyanın iştirakı ilə tikintisi başa çatan AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. İndi ikincinin tikintisi gedir və üçüncünün yaradılması üçün müqavilə imzalanıb. İşə görə borc 500 milyon dollara yaxın idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə