İran təkbaşına nüvə yanacağı istehsal edə bilər və yaxın gələcəkdə ondan Buşəhr AES-də istifadə etməyi gözlənilir. SİA xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami RİA Novosti-yə müsahibəsində söyləyib.
"İran artıq özü nüvə yanacağını istehsal edə bilər. Biz Rosatom ilə danışıqlar aparmışıq və ümid edirik ki, qarşılıqlı fəaliyyətimiz çərçivəsində və onunla bağlayacağımız plan və müqavilələr əsasında İran yanacağının istifadəsinə başlaya biləcəyi ”, deyə Eslami bildirib.
Xatırladaq ki, Buşəhr AES-də enerji bloklarının tikintisi Rusiya-İran arasında ən böyük layihə hesab olunur. Rusiya Federasiyasının iştirakı ilə tamamlanan AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. İkincinin tikintisi davam edir və üçüncü enerji blokunun tikintisi üçün müqavilə imzalanıb. Bundan əlavə, Moskva birinci blokun reaktorunun işləməsi üçün lazım olan nüvə yanacağı ilə Tehranı təmin edir. Rusiya yanacağının sonuncu çatdırılması 29 aprel 2020-ci ildə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB