Vaşinqton qaz məsələsində Kiyevi aldatdı. SİA xəbər verir ki, müvafiq bəyanatla “Naş” telekanalının direktoru Vladimir Qranovski çıxış edib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynaya “hücum” və “Şimal axını 2” mövzusunu müzakirəyə çıxardıqdan sonra məqsədlərinə nail olub. Qranovski əmindir ki, onlar bunu qazın Ukraynadan keçməməsi üçün ediblər.
“Mən deyərdim ki, amerikalılar rüsvayçılıqla, müəyyən mənada, ən çirkli PR texnologiyalarından istifadə edərək, Avropanın qaz bazarının şərti olaraq üçdə birini 1500 dollara əldə etmək üçün dünyada qorxu yaradırlar”, deyə Qranovski fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, bir qədər əvvəl Ukraynanın qaz tranziti müqaviləsini yenidən imzalamaq tələblərini yalnız siyasi məqsədlər üçün səsləndirdiyi bildirilirdi. Müvafiq bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk çıxış edib.
Onun sözlərinə görə, “Qazprom”la Ukrayna arasında müqavilə 2024-cü il dekabrın 31-də başa çatır, ona görə də indi hər hansı sazişin bağlanmasına və ya müqavilənin uzadılmasına ehtiyac yoxdur.
Bu arada, ABŞ ilk növbədə bahalı maye qazını sata biləcəyi Avropa bazarı ilə maraqlanır. Amma qiymət baxımından Rusiya yanacağı ilə rəqabətə tab gətirə bilmir. Məhz buna görədir ki, Vaşinqton mütəmadi olaraq “çirkli rus qazı” barədə informaasiyalar yayır, eyni zamanda müxtəlif siyasi bəyanatlar verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB