Qazın yarısı artıq istifadə olunub YERALTI ANBARDAN

Qazın yarısı artıq istifadə olunub YERALTI ANBARDAN

Avropa ölkələri qazın 40%-dən çoxunu yeraltı anbarlarından çıxararaq istifadə ediblər. SİA xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda qeyd edildiyi kimi, Avropa öz anbarlarından rekord həcmdə mavi yanacaq götürür. Belə ki, dekabrın 22-nə olan məlumata görə, bu il vurulan qazın həcminin 40%-dən çoxu artıq istifadə edilib.

"Gas Infrastructure Europe"un məlumatına görə isə, qazın 41%-dən çoxu artıq Avropanın yeraltı anbarlarından götürülüb", deyə şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, Avropanın yeraltı anbarlarının möhürünü açması faktı oktyabrda məlum olub. Eyni zamanda yanacağın çıxarılması anbarların cəmi 78 faiz dolu olduğu bir vaxtda başlayıb. Bu, son 5 ilin ən pis göstəricisi olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə