Koronavirusun “Omikron” variantına görə dünyada yoluxmaların artması səbəbi ilə Avropa ölkələrində Yeni il şənliklərinə məhdudiyyət qoyulub. Fransa, Yunanıstan və İtaliya da daxil olmaqla bir çox ölkələr kütləvi Yeni il şənliklərini ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koronavirus epidemiyasından ən çox təsirlənən qitələrdən biri olan Avropa yenidən epidemiyanın məngənəsindədir. İlk dəfə Cənubi Afrikada aşkar edilən “Omikron” variantının sürətli yoluxuculuğunun təsiri ilə xəstəlik qitədə sürətlə yayılmağa davam edir. Bəzi Avropa ölkələri Yeni il şənliklərini ləğv edib, yeni tədbirlər elan ediblər.
İngiltərədən sonra “Omikron”dan ilk ölüm xəbərini verən Almaniyada dekabrın 28-dən etibarən gecə klublarının bağlanması və toplantıların 10 nəfərlə məhdudlaşdırılması qərara alınıb.
Fransa Parisdə keçirilən ənənəvi atəşfəşanlığı və işıq şoularını ləğv edib. Hollandiya tam bağlandığını elan edərkən, İtaliya Yeni il şənliklərinin olmayacağını açıqlayıb. Yunanıstan Milad və Yeni il bayramlarını ictimai yerlərdə qeyd etməyi qadağan edib və ictimai yerlərdə maska taxmağı məcbur edib.
İspaniyada Kataloniya Muxtar Bölgəsi, əhalisi 10 mindən çox olan və yoluxma nisbətinin 100 min nəfərə 250-dən çox olduğu bütün bələdiyyələrdə 14 gün ərzində gecə saat 00:00-dan səhər saat 06:00-a qədər komendant saatı tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB