Cənubi Koreyanın keçmiş prezidenti əfv edilib

Cənubi Koreyanın keçmiş prezidenti əfv edilib

Cənubi Koreya prezidenti Mun Çje İn irimiqyaslı korrupsiya qalmaqalına görə 22 il həbsdə olan keçmiş prezident Park Geun Hayı əfv edib. SIA xarici mətbuata istinadən bildirir ki, 69 yaşlı keçmiş prezident əvvəlki il vəzifəsindən kənarlaşdırıldıqdan sonra 2018-ci ildə səlahiyyətlərindən sui-istifadə və zorlamada təqsirli bilinib. Park Geun Hay Cənubi Koreyada demokratik yolla seçildikdən sonra vəzifəsindən uzaqlaşdırılan ilk lider oldu. 4 ildir həbsdə olan Park bu il xroniki çiyin və bel ağrıları səbəbindən üç dəfə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yeni il üçün xüsusi amnistiyasından faydalananlar arasında olan Parkın qismən səhhətinin pis olduğu üçün əfv siyahısına salınıb. Prezident Mun Çjenin əvvəllər amnistiya təklifini rədd etdiyi üçün bu açıqlama sürpriz olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə