Qaribaşvili “3+3” formatına Gürcüstan alternativindən danışdı

Qaribaşvili “3+3” formatına Gürcüstan alternativindən danışdı

"Gürcüstan özünün “Sülh qonşuluq” təşəbbüsü sayəsində Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin əldə olunmasında mühüm rol oynaya bilər”.

SİA xəbər verir ki, bunu Grücüstanın Baş naziri İrakli Qaribaşvili deyib. “Təşəbbüsün məqsədi dialoqu inkişaf etdirmək, qonşularımız arasında etimadı bərpa etmək və Gürcüstanın dialoqun vasitəçisi rolunu gücləndirməkdir”, – deyə Qaribaşvili bildirib.

Baş nazir belə bir dialoqa başlamaq üçün bütün resurslara malik olduğunu vurğulayıb:

“Mənim Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla çox yaxşı, birbaşa dostluq münasibətlərim var. Bildiyiniz kimi, il ərzində mənim onlarla 4 rəsmi görüşüm olub. Mən iki dəfə Azərbaycanda, iki dəfə Ermənistanda olmuşam. Hər iki liderlərlə çoxsaylı, həmçinin telefonla əlaqələrim olub. Türkiyədə də uğurlu görüş keçirdim və bu istiqamətdə təsirli addımlar atdıq”.

Baş nazirin sözlərinə görə, Gürcüstan qonşularına Azərbaycan, Ermənistan və Gürcüstanın iştirak edəcəyi regional qeyri-rəsmi dialoq platformasının yaradılmasını təklif edir.

“Regionda uzunmüddətli sülh bizim üçün çox vacibdir”, – Qaribaşvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə