Belarus Fövqəladə Hallar Nazirliyinin Kollegiyası stansiyanın ikinci enerji blokunun fiziki işə salınmasına başlamaq üçün “Belarus AES” dövlət müəssisəsinə lisenziya verilməsi barədə qərar qəbul edib. SİA xəbər verir ki, bu barədə ölkənin Dövlət Atom Nəzarətinin (Qosatomnadzor) saytında məlumat yayılıb.
"Fövqəladə Hallar Nazirliyinin kollegiyası təqdim olunan materiallar əsasında Belarus AES müəssisəsinə 2 nömrəli enerji blokunun fiziki işə salınmasına başlamaq üçün lisenziyanın verilməsi barədə qərar qəbul edib", deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, bundan əvvəl Atom enerjisi və ionlaşdırıcı şüalanma mənbələri sahəsində fəaliyyətin lisenziyalaşdırılması üzrə komissiyanın iclasında “Belarus AES”-in təhlükəsizliyini əsaslandıran sənədlərə, o cümlədən ekspert rəyləri və ekspertizanın nəticələrinə baxılıb.
Müzakirələrin yekunlarına əsasən komissiya BelAES-in atom enerjisindən və ionlaşdırıcı şüalanma mənbələrindən istifadə sahəsində lisenziyasına müvafiq dəyişikliklərin edilməsinin mümkünlüyü barədə qərar qəbul edib.
Xatırladaq ki, bazar ertəsi respublikanın energetika naziri Viktor Karankeviç də bildirib ki, ikinci enerji blokunun hazırlığı 95% təşkil edir. O, həmçinin yaxın günlərdə nüvə yanacağının reaktorun nüvəsinə yüklənməsi məqsədi ilə icazə almaq üçün lazımi şərtlərin yerinə yetirilməsi üzrə işlərin yekunlaşacağını açıqlayıb.
Qeyd edək ki, Belarus AES ən böyük Rusiya-Belarus iqtisadi layihəsidir. İyunun 10-da Belarus Energetika Nazirliyi qəbul komissiyasının BelAES-in birinci blokunun işəsalma kompleksinin istismara qəbulu aktını imzaladığını bildirib. İkinci enerji blokunun istismara verilməsi 2022-ci ilə, nüvə yanacağının isə ona yüklənməsi bu ilin sonunda gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB