Qarabağdakı vəziyyəti müzakirə ediblər PUTİN VƏ MAKRON

Qarabağdakı vəziyyəti müzakirə ediblər PUTİN VƏ MAKRON

Rusiya Federasiyası və Fransa Qarabağ məsələsində sinxron hərəkət etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumat, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığından sonra yayılıb.

“Qarabağ nizamlanmasına dair fikir mübadiləsi zamanı vəziyyətin sabitləşməsindən və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində görülən səylərdən məmnunluq ifadə olunub”, deyə məlumatda qeyd olunur.

Əlavə edilir ki, Makronun təşəbbüsündən əvvəl liderlər Malidəki vəziyyətə də toxunublar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə