Ermənistanda son sutkada daha 137 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 845-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 914-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 494 nəfərdir. İndiyədək 329 328 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 309 aktiv koronavirus xəstəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB