Yeni il tədbirlərinin ləğv edilməsinə ÇAĞIRIŞ EDİLDİ

Yeni il tədbirlərinin ləğv edilməsinə ÇAĞIRIŞ EDİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları Yeni il bayramlarını və şənliklərini ləğv etməyə çağırıb, çünki koronavirus epidemiyasında son zamanlarda ortaya çıxan "Omikron" variantı səbəbindən dünyada yoluxma hallarının sayı artıb. SİA xarici mətbuata istinadən bildirir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom qarşıdan gələn Yeni il tədbirlərinin bir çoxu koronavirus halların sayının artmasına, səhiyyə sistemlərinin həddindən artıq yüklənməsinə və daha çox ölümə səbəb olacağı barədə xəbərdarlıq edib. "Bu, bəzi hallarda tədbirin ləğvi və ya təxirə salınması deməkdir. Bir tədbiri ləğv etmək bir həyatı ləğv etməkdən yaxşıdır"- deyə Tedros Adhamon bildirib.

"Omikron" variantı "Delta" variantından daha sürətli yayılır və həmçinin peyvənd olunmuş və ya Covid-19 xəstəliyinə yoluxmuş insanlarda infeksiyalara səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə