Kanadanın XİN rəhbərində virus aşkarl

Kanadanın XİN rəhbərində virus aşkarl

Kanadanın xarici işlər naziri Melani Joli koronavirus testinin nəticəsinin müsbət olduğunu və özünü təcrid etmək məcburiyyətində qaldığını söyləyib.

SİA xəbər verir ki, bu barədə siyasətçi özünün tvitterdəki səhifəsində yazıb.

“Səhiyyə xidmətlərinin tövsiyələrinə əməl edərək, təcrid olunmuşam və PCR testimin nəticələrini alana qədər onlayn işləməyə davam edəcəm”, – o yazıb.

Joli həmçinin bayram istirahəti zamanı ailələrin təhlükəsizliyini təmin etmək üçün peyvəndi və revaksinasiyaya ehtiyac olduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə