Kraliça II Yelizaveta "omicron"a görə səfərini təxirə salır

Kraliça II Yelizaveta "omicron"a görə səfərini təxirə salır

Böyük Britaniya Kraliçası II Yelizaveta Milad bayramını İngiltərənin şərqindəki Sandringham malikanəsində keçirməmək qərarına gəlib.

SİA xəbər verir ki, 95 yaşlı monarx tətilini pandemiya zamanı ən çox vaxt keçirdiyi Londonun qərbindəki Vindzor qalasında keçirəcək.

İllər ərzində kral ailəsinin üzvləri Milad bayramı tətillərini Sandringham malikanəsində keçirirlər. Ailənin digər üzvləri virusa qarşı müvafiq qabaqlayıcı tədbirlər görülmək şərtiylə Milad bayramını burada keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə