Latsioda açıq havada maskadan istifadə məcburi olacaq

Latsioda açıq havada maskadan istifadə məcburi olacaq

İtaliyada paytaxt Romanın da yerləşdiyi Latsio regionunda dekabrın 23-dən etibarən açıq havada tibbi maskadan istifadə məcburi olacaq.

SİA xəbər verir ki, bu barədə Latsio regionunun rəhbəri Nikola Zingarettinin imzaladığı fərmanda deyilir.

Fərmana görə, bu qayda koronavirusa yoluxma hallarındakı artım tendensiyasının, eləcə də “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib və bir ay müddətində qüvvədə olacaq.

Həmçinin dövlət və özəl tibb müəssisələrində fəaliyyət göstərən işçilər 10 gündən bir COVID-19 testindən keçəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə