Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərindəki bazarda baş verən partlayışda azı bir nəfər həyatını itirib, 10 nəfər yaralanıb. SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, partlayış motosikldə quraşdırılan qurğunun işə salınması nəticəsində baş verib.
Bildirilir ki, ətrafdakı nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB