Ermənistanda koronavirusdan ölənlərin sayı 7893-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 7893-ə yüksəlib

Ermənistanda son sutkada daha 156 nəfərdə COVID-19 aşkarlanıb.

SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 506-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 7893-ə yüksəlib.

İndiyədək 328 050 pasiyent infeksiyadan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə