Türkiyədə Yeni il öncəsi bazara çıxarılan saxta içkidən dünyasını dəyişənlərin sayı 47-yə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda 40 nəfər xəstəxanalarda sağ qalmaq üçün mübarizə aparır.
Türkiyənin hər yerində polis və jandarma qrupları nərdivanların altına basqın edir. Amma ölümcül şüşələr yayılmaqda davam edir. Saxta spirtli içkilərdən ən çox ölüm İstanbulda baş verib. İstanbul valiliyi 11-i əcnəbi olmaqla 22 nəfərin öldüyünü, xəstəxanada müalicə alan 5 əcnəbi və 16 nəfərin isə həyati təhlükəsinin hələ də davam etdiyini açıqlayıb.
Qaziantep, Sivas, Kahramanmaraş, Yalova, Ərzincan, Aksaray, Mersin, Kocaeli, Zonguldak, Antalya, Ankara və Muğlada 25 nəfər saxta spirtli içkidən ölüb.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB