Ərdoğan İstanbulda Nigeriya Prezidenti ilə görüşüb

Ərdoğan İstanbulda Nigeriya Prezidenti ilə görüşüb

Prezident Ərdoğan İstanbulda keçirilən 3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi çərçivəsində Türkiyəyə gələn dövlət və hökumət başçıları ilə görüşür. SİA xəbər verir ki, Türkiyədə səfərdə olan Nigeriya Prezidenti Məhəmməd Buxari İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Ərdoğan ilk görüşünü Nigeriya Prezidenti Məhəmməd Buxari ilə keçirib. Prezidentin Dolmabaxça sarayındakı Ofisindəki görüş qapalı qapılar arxasında baş tutub.

Prezident Ərdoğan Buhari ilə görüşdükdən sonra Somali Prezidenti Məhəmməd Farmako ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə