Ukraynaya hücum ciddi nəticələrə səbəb olacaq - RUSİYAYA XƏBƏRDARLIQ EDİLDİ

Ukraynaya hücum ciddi nəticələrə səbəb olacaq - RUSİYAYA XƏBƏRDARLIQ EDİLDİ

Avropa İttifaqı (Aİ) administrasiyası bəyan edib ki, Ukraynaya qarşı hərbi addım atacağı təqdirdə Rusiyaya qarşı ağır nəticələrə səbəb olacaq sanksiyalar tətbiq edəcək. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir. Aİ Komissiyasının sədri Ursula von der Leyen Aİ Şurasının sədri Şarl Mişel və Aİ-nin müddətli prezidenti Sloveniyanın baş naziri Canez Cansa Aİ Liderlər Zirvə toplantısının sonunda birgə mətbuat konfransı keçirib.

Aİ-nin prezidenti Şarl Mişel üzv ölkələrin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edərək bildirib ki, Ukraynaya qarşı təcavüz olarsa, bunun çox ciddi nəticələri olacaq: “Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı tədbirlər görməyə hazırıq".

Mişel qeyd edib ki, Aİ-yə üzv ölkələrin liderləri belə bir vəziyyətdə Rusiyaya qarşı iqtisadi sanksiyaları aktivləşdirməyə razılaşıblar.

Ursula von der Leyen isə daha əvvəl Rusiyanın Ukrayna sərhədindəki hərbi istehkamları ilə bağlı mövqelərini açıqladıqlarını xatırladıb və Rusiyanı təcavüzdən çəkinməyə və gərginliyi azaltmağa çağırıb.

Von der Leyen Moskva ilə yaxşı münasibətlər istədiklərini və bunun Rusiyadan asılı olduğunu ifadə edərək nəzərə çatdırıb ki, Rusiya Ukraynaya qarşı hərəkətə keçsə, Aİ Rusiyaya çox baha başa gələcək sanksiyalar tətbiq edəcək: “Biz bu mövzuda işimizi görmüşük.

Sloveniyanın baş naziri Cansa da Aİ ölkələrinin ortaq mövqedə hərəkət etdiyini ifadə edərək vurğulayıb ki, Rusiyanın Krımı işğal etdiyi vəziyyətin təkrarlanmasına imkan verməyəcəyik: “Bu dəfə hazırıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə